Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-01 16:06:00
Müəllimlərin nəzərinə: Direktor işdən çıxarılma barədə əmrdə bunları qeyd edə bilməz

AzEdu.az mütəmadi olaraq, direktorların işə qəbul müsabiqəsi, namizədləri maraqlandıran sualların cavabı barədə yazılar yayımlayır. Bu kimi sualların cavabını bilmək müəllimlərin praktiki maariflənməsi üçün də vacibdir.

Hazırda müəllimləri maraqlandıran məqamlardan biri də İşdən çıxarılma barədə əmrlə bağlıdır.

Sual:

Direktor müəllimin işdən çıxarılma barədə əmrində nələri göstərə  bilməz?

Cavab:

AzEdu.az məlumat verir ki, bu kimi məsələlər Əmək Məcəlləsi ilə tənzimlənir. Qannvericiliyəsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda müəllimin iş fəaliyyətini xarakterizə edən hallar göstərilə bilməz.

Müəllimin əmək müqaviləsinə isə yalnız aşağıdakı əsaslarla xitam verilə bilər:

-Tərəflərdən birinin təşəbbüsü;

-Əmək müqaviləsinin müddətinin qurtarması;

-Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;

-Tərəflərin iradəsindən asılı olmayan hallar;

-Tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

Qeyd edək ki, direktorların işə qəbulu müsabiqəsində pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edirlər. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda isə bu müddət 3 il müəyyən edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları