Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-13 13:10:19
Keçmiş baş nazir həyəcan təbili çaldı - "400 milyon uşaq məktəbsiz qalacaq"

"2030-cu ilədək 400 milyon uşaq məktəbsiz qala bilər"

AzEdu.az xarici KİV-ə istinadən məlumat verir ki, İngiltərənin keçmiş baş naziri Gordon Brovn dünyada 260 milyon uşağın məktəbə gedə bilmədiyini bildirib. O, şagirdləri təhsildən yayındıran səbəbləri izah edərək çıxış yollarını göstərib:

“Mövcud  vəziyyət 2030-cu ilədək davam edərsə, yaşı 11-dən yuxarı olan 400 milyon uşaq təhsilsiz qalacaq. Bundan əlavə 800 milyon azyaşlı keyfiyyətli təhsil ala bilməyəcək. Dünyada 750 milyon insan oxuma və yazma bilmir. Onların üçdə ikisi qadındır”.

O, həmçinin uşaq  əməyinin istismarı, erkən nikah, uşaq qaçırılmasının qarşısını almaq və onları təhsilə cəlb etmək üçün 11.5 milyon gəncin imza toplayaraq beynəlxalq bir sistem qurmasını tələb edib. O, həmçinin münaqişə zonalarında  məktəbə getməyən 75 milyon uşaq olduğunu,  10 milyonunun  isə qaçqın həyatı yaşadığını qeyd edib.  Eks-baş nazir  rəsmiləri təhsilə daha çox yatırım etməyə səsləyib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları