Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-01 14:28:00
2019-2020-ci tədris ilində hansı rayona neçə direktor axtarılır? - Cavab 

AzEdu.az mütəmadi olaraq direktorların işə qəbulu müsabiqəsi ilə bağlı yazılar yayımlayır. Hazırda direktor olmaq istəyən namizədlərin yerlər üzrə təyinatı davam edir.

Növbəti ildə direktor olmaq istəyənlər isə hazırlıq mərhələsindədirlər.  Orta ümumtəhsil müəssisəsinin müəllimi yalnız yaşadığı rayona daxil olan məktəblərə direktor təyinatı ala bildiyinə görə, hazırda onları maraqlandıran məqamlardan biri də 2019-2020-ci tədris ilində hansı regionda neçə direktor vəzifəsinin vakant elan edilməsi ilə bağlıdır.

AzEdu.az məlumat verir ki, 2019-2020-ci tədris ili üçün ən çox vakant direktor vəzifəsi Cəlilabadda qeydə alınıb. Həmin ildə bu rayonda 26 məktəbə direktor axtarılıb.

Ən az vakant yer isə Xızı , Xocalı, Siyəzən rayonlarında olub. Bu rayonların hər birində cəmi 1 məktəb direktoruna ehtiyac duyulub.

Ağstafa, Samux, Xocavənd , Qazax, Qubadlı rayonlarında 2,Bakı, Gəncə, Mİngəçevir, Qax, Şuşa məktəblərinin hər birində isə  3 direktor vəzifəsi vakant elan olunub.

Şəmkir Şirvan Ucar  Yevlax, Zaqatala Cəbrayıl, Abşeron , Bərdə 4, Astara, Biləsuvar, Salyanda 5, Qusar, Füzulidə isə ayrı ayrılıqda 6 məktəbdə direktor vəzifəsi vakanta çıxarılıb.

Vakant yer sayının çoxluğu ilə fərqlənən rayonlar arasında Ağdam,Gədəbəy, Goranboy da var. 2019- 2020-ci tədris ilində bu rayonların hər birində 17 direktor vəzifəsi boş qalıb.

Hacıqabul,Kəlbəcər, Daşkəsən,Ağsu, Sumqayıt, Yardımlı, Balakəndə 7, Saatlı Şabran, Şəki, Tovuz, Qəbələdə 8, İsmayıllı , Zəngilanda isə direktor namizədlər üçün  9 vakant yer qeydə alınıb.

İmişli, Kürdəmir, Lənkəran,Masallı, Tərtər , Xaçmaz da say çoxluğu ilə yadda qalıb. Bu rayonların 10 məktəbində direktor vəzifəsi boş qalıb.

Laçın, Zərdabda 14, Beyləqanda isə 16 məktəbin direktor vəzifəsi vakant elan olunub.

Şamaxı,Ağçabədi, Ağdaşda 11 orta ümumtəhsil müəssisəsinin, Sabirabad, Qobustanda 12, Göyçay, Lerik, Qubada 13 orta məktəbin direktor postu boş qalıb.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları