Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-01 11:43:00
Xaricdə doktorantura oxumaq istəyənlərin çox verdikləri sual-Cavab AzEdu.az-da

Məlum olduğu kimi 2020-ci ilin yaz semestri üçün "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsili üçün elan verilib".

Xatırladaq ki, Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul həyata keçirilmir. Yalnız xarici ali təhsil müəssisələrinə qəbul olunmuş və yaxud artıq orada təhsil alan doktorantlar təhsilləri ilə bağlı xərclərin qarşılanması məqsədilə Dövlət Proqramına müraciət edə bilərlər. Təhsil almaq istədiyiniz ali təhsil müəssisəsinin internet səhifəsində qəbul barədə müvafiq məlumatla tanış ola bilərsiniz.

Bəs Dövlət Proqramı çərçivəsində təhsil alan doktorant hansı hallarda Proqramdan xaric edilə bilər?

AzEdu.az  “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktoranturada təhsillə bağlı ən çox verilən verilən suala cavabı təqdim edir

-Dövlət Proqramı çərçivəsində təhsil alan doktorant Təhsil Nazirliyi ilə imzalanmış müqavilənin öhdəliklərinə riayət etmədikdə Dövlət Proqramından xaric edilə bilər.

Qeyd edək ki, Dövlət Proqramına sənədlərin qəbulu elektron ərizə vasitəsilə həyata keçirilir. Dövlət Proqramının iştirak tələblərinə cavab verən və I mərhələdə sənədləri qəbul olunan namizədlər II mərhələdə müvafiq müsahibədə iştirak edirlər. Fərdi müsahibənin keçirilmə yeri və vaxtı barəsində məlumat namizədə elektron ərizə sistemi vasitəsilə bildirilir. Son mərhələdə müsbət qiymətləndirilmiş namizədlərin siyahısı təsdiq edilmək üçün Azərbaycan Respublikasının Təhsil nazirinə təqdim olunur.

Günel Yaşarqızı
Müəllifin digər yazıları