Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-01 10:09:00
Macarıstanda dövlət hesabına təhsil almaq istəyənlərə hərbi xidmətdən möhlət hüququ verilir?

Məlum olduğu kimi Macarıstan 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edir.

Təqaüd proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 7 dekabr 2017-ci il tarixində imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.

Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün təqaüd ayrılacağı nəzərdə tutulub.

Bəs Macarıstanda dövlət hesabına təhsil almaq istəyənlərə hərbi xidmətdən möhlət hüququ verilir?

AzEdu.az Macarıstanda təhsillə bağlı ən çox verilən suala cavabı təqdim edir:

“Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanunu”nun 21.1.5-ci bəndinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir.

Lakin eyni təhsil səviyyəsi üzrə ikinci dəfə müraciət edən şəxslər hərbi bilet və ya hərbi xidmətdən möhlət hüququnu əks etdirən sənədi təqdim etməlidirlər.

Qeyd edək ki, Macarıstanda təqaüdlə təhsil almaq istəyənlərin sənəd qəbulu  3 yanvar 2020-ci il saat 23:59-a kimi aparılacaq.

Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (TPF) yekun qərarının 2020-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları