Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-13 12:23:00
"Narahatam ki, bildiyim düşməz" - İMTAHANDAN SORĞU

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir. İmtahanda ümumilikdə 36 559 abituriyentin iştirakı nəzərdə tutulur.

AzEdu.az saytı  onlardan imtahan öncəsi fikirlərini öyrənib.

Yusif Cahangirov:
“3-cü qrup üzrə imtahan verəcəm. Məqsədim hüquqşünas olmaqdır. Sınaq imtahanlarında iştirak etmişəm. Birində 612, digərində isə 633 bal toplamışam. Qəbul imtahanında onun üstünə 50 bal da qoymağı düşünürəm. 680 balı keçsəm, arzum üçün bəs edir. Bir az həyəcanlıyam”.

Züleyxa Əhmədova:
“3-cü qrupa hazırlaşıram. Jurnalist olmaq istəyirəm. Hədəfim 450-500 bal toplamaqdır. Sınaqlarda isə 380-400 bal toplayıram. Təbii ki, həyacanım var. Amma bu olmalıdır. Düşünürəm ki, bu həyəcan müvəqqətidir”.

Dilbər Əşrəfova:
“3-cü qrupa imtahan verirəm. Özüm tam olaraq hansısa ixtisası düşünmürəm. Balıma əsasən qrupdakı ixtisaslar arasında seçim edəcəm. Sınaqlarda 461, 430 bal toplamışam. Hədəfim 550-ni keçməkdir. Özümü çox rahat hiss edirəm. Heç bir həyəcanım yoxdur. Sınaqlar bütün həyəcanı yox edir”.

Ruslan Quliyev:
“İmtahanqabağı necə olmalıyam ki? Qorxu, həyəcan. Narahatam ki, bildiyim düşməz. Hədəfim 600 baldır. Elə sınaq imtahanlarında da buna yaxın nəticə göstərmişəm. Hüquqşünas olmaq istəyirəm”.

Leyla Məmmədova:
“Jurnalist olmaq istəyirəm. Sınaqda 350 bal toplayıram. Ümidvaram ki arzuma çatacam”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları