Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-30 16:10:00
“Payız etüdləri”

İmişli şəhər 5 nömrəli məktəb-liseyin II sinfində payız fəslinə həsr olunmuş “Payız etüdləri” adlı ədəbi-bədii gecə keçirilib.

 Sinif rəhbəri Təravət Məlikova tədbir haqqında iştirakçılara məlumat verib.

 Sonra şagirdlər payız fəslinə həsr olunmuş şeirlərdən nümunələr söyləyib, “Çətir” rəqsini, “Meşənin payız nağılı” səhnəciyini və mahnı töhfələrini tədbir iştirakçılarına nümayiş etdiriblər.

 Ədəbi-bədii gecədə iştirak edən valideynlər tədbirin təşkilindən  razı qaldıqlarını bildiriblər.