Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-30 14:52:00
Şagirdlər məktəblərdə necə qorunur?-Tibbi xidmət 

Zaman-zaman məktəblərdə şagirdlərin halının pisləşməsi xəbərini alırıq. Onlara ilkin yardım göstərilməsi məqsədilə məktəblərdə tibbi xidmət təşkil olunur.

Bəs məktəblərdə tibbi xidmət hansı səviyyədə olunur?

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə  ölkə üzrə ümumi təhsil müəssisələrinin əksəriyyətində tibb otaqları mövcuddur. Həmin otaqlar müvafiq tibbi avadanlıqlar və ləvazimatlarla (soyuducu, tibbi çarpayı, tərəzi, boyölçən, dərmanların və tibbi ləvazimatların saxlanılması üçün şkaf, şagirdlərin görmə qabiliyyətini müəyyənləşdirmək üçün cədvəl, termometr, fanindoskop, bikslər, manometr və s.) təchiz edilib.

Bununla yanaşı, ümumtəhsil məktəblərində şagirdlər arasında dispanserizasiyanın məqsədi və əhəmiyyəti ilə bağlı maarifləndirmə işləri aparılır. Uşaqlara sağlamlığın qorunması və möhkəmləndirilməsinin təşkilati-hüquqi əsasları, müalicə-profilaktika tədbirləri, onların həyata keçirilməsi qaydaları və əhəmiyyəti barədə məlumatlar verilir.

Şagirdlərlə, həmçinin yolxucu xəstəliklər (vərəm, suçiçəyi, qızılca və s.), mədə-bağırsaq xəstəlikləri və onların profilaktikası, infeksion xəstəliklər, QİÇS, hepatit kimi viruslar, pis vərdişlər, şəxsi gigiyena, kəskin respirator infeksiyadan qorunma tədbirləri və sanitar-gigiyenik qaydalar, bəzi xəstəliklərin törətdiyi fəsadlar haqqında maarifləndirici söhbətlər aparılır.

Ayşə Müseyib