Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-30 10:27:00
AQTA tələbələrin zəhərlənməsilə bağlı açıqlama yayıb

Azərbaycan Qida Təhlukəsizliyi Agentliyi (AQTA) Nizami rayonu NZS qəsəbəsində tələbələrin zəhərlənməsi ilə bağlı məlumat yayıb.

Agentlikdən AzEdu.az-a bildirilib ki, zəhərlənmə ehtimalı barədə məlumat AQTA-ya daxil olduqdan dərhal sonra Agentlik əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

"İlkin məlumatda tələbələrin ev şəraitində hazırlanməş turşulardan istifadə etdiyi bildirilir. Hazırda müvafiq qurumlarla birgə hadisənin baş vermə səbəbləri, qida zəhərlənməsi olub olmaması istiqamətində araşdırma aparılır. Araşdırmaların yekun nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək".