Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-30 09:31:00
Türkiyədə Məsumiyyət Muzeyində yanğın baş verib

İstanbulda yerləşən Məsumiyyət Muzeyində yanğın baş verib.

AzEdu.az CNN-ə istinadən verdiyi xəbərə görə, yanğın muzeyin zirzəmisində elektrik enerjisi bloklarının olduğu hissədə baş verib.

Hadisə yerinə gələn polis və ya yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın söndürülüb.

Yanğının başvermə səbəbi məlum deyil.

Qeyd edək ki, Məsumiyyət Muzeyi Nobel mükafatı laureatı, yazıçı Orxan Pamukun eyniadlı əsərindən təsirlənərək 2012-ci ildə yaradılıb.