Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-29 20:14:00
Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahan proqramı

Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, diaqnostik qiymətləndirilməyə cari ilin dekabr ayında start veriləcək.

Diaqnostik qiymətləndirilmə zamanı psixoloqlara 60 test tapşırığı təqdim olunacaq. Namizədlər imtahan zamanı 90 dəqiqə ərzində test tapşırıqlarını cavablandıracaqlar. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.