Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-29 16:07:00
Belçikanın “College of Europe” ali təhsil müəssisəsi təqaüd proqramı elan edir

Belçikanın “College of Europe” ali təhsil müəssisəsi 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edir.

AzEdu.az xəbər verir ki, magistratura səviyyəsi üzrə elan olunan təqaüd proqramının müddəti 1 ildir. Tədris ingilis və fransız dillərindədir. 

Təqaüd proqramına sənəd qəbulu 15 yanvar 2020-ci il  tarixinə kimi aparılacaq.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.