Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-29 15:32:00
Parlament buraxılsa, yenə də işsiz qalmayacaq deputatlar- Ona görə ki...

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının təcili iclasında Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsinin vacibliyi barədə çıxışlar edilib.

İclasda YAP-ı parlamentdə təmsil edən deputatlar Milli Məclisin buraxılması ilə bağlı təklifi dəstəkləyiblər.

Ölkə Prezidentinə növbədənkənar parlament seçkilərinin təyin olunması ilə bağlı müraciət qəbul olunub.

 Deputat statusundan əlavə müxtəlif ali təhsil müəssisələrində dərs deyən millət vəkilləri isə pedaqoji fəaliyyətlərini davam etdirirlər.

 AzEdu.az ali məktəblərdə pedaqoji fəaliyyətini davam etdirən deputatların siyahısını təqdim edir.

Bakı Dövlət Universiteti:

Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov  - Konstitusiya hüququ;

Deputat Yaqub Mahmudov - Qədim dünya və orta əsrlər tarixi;

Deputat Nizami Cəfərov - Ümumi dilçilik;

Deputat Bəxtiyar Əliyev – Psixologiya;

Deputat Kamilə Əliyeva - Biologiya kafedrasının müdiridir.

Deputat Jalə Əliyeva Bakı Dövlət Universitetinin Türk filologiyası kafedrasının professorudur.

UNEC:

Deputat Şəmsəddin Hacıyev - 2019-cu il “Ticarət və gömrük işinin təşkili” kafedrasının;

Deputat Xanhüseyn Kazımlı – “Qiymət və qiymətləndirmə” kafedrasının məsləhətçi-professorudur.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti:

Deputat Hüseynbala Mirələmov - Neftin, qazın nəqli və saxlanılması kafedrasının müdiridir.

Bakı Slavyan Universiteti:

Deputat Sahibə Qafarova - Beynəlxalq əlaqələr üzrə prorektor;

Deputat Sevinc Fətəliyeva - İngilis filologiyası kafedrasının müdiri;

Deputat Rüfət Quliyev - İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı kafedrasının müdiri vəzifələrində çalışır.

Azərbaycan Tibb Universiteti:

Deputat Rafiq Məmmədhəsənov –II Daxili xəstəliklər kafedrasının müdiridir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları