Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-29 13:42:00
Diaqnostik Qiymətləndirmə zamanı müəllimlərə bu mövzular üzrə suallar veriləcək –Çox vacib  

Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə diaqnostik qiymətləndirilməyə cari ilin dekabr ayında start veriləcək.

Suallar həm nəzəri, həm də praktiki tipli hazırlanacaq.

Nəzəri hissə üzrə ümumi psixologiya, uşaq psixologiyası( yaş psixologiyası), pedaqoji psixiologiya, məktəbdə psixoloji xidmət( psixoprofiliktika, psixoloji maarifləndirmə, psixodiaqnostika, psixokorreksiya və inkişaf etdirici iş, psixokontultasiya) mövzuları üzrə suallar tərtib olunacaq.  Qeyd edək ki, istedadlı uşaqlarla, təlimdə geri qalan uşaqlarla, çətin tərbiyə olunan uşaqlarla, valideynlərlə, məktəb rəhbərliyi ilə, əmək kollektivi ilə  işin təşkili, gənc müəllimlərə psixoloji dəstək, peşə seçimi və s. mövzular psixoloji xidmətin tərkib hissəsidir.

Praktiki hissə üzrə isə məktəbə adaptasiya, autizm, mutizm, davranış pozuntusu, bullinq, yeniyetmələrin neqativ asılılıqları,  qorxu və fobiyalar, müəllimlərin  professional- emosional yanma sindromunun profilaktikası, DƏSH- diqqət əksikliyi sindromu və hiperaktivlik mövzuları əsasında suallardan ibarət olacaq.

Ayşə Müseyib