Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-13 10:21:29
"Dövlət İmtahan Mərkəzi abituriyentlərə güzəştə getməyə məcbur olacaq" - KAMRAN ƏSƏDOV

“2018-2019-cu tədris ili üçün ali məktəblərə keçirilən qəbul imtahanı ölkədə 1992 - ci ildən bəri tətbiq edilən ənənəvi sonuncu  imtahanlardır. 25 ildən artıq müddətdə keçirilən qəbul imtahanları artıq tarixə qovuşur”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib. Onun sözlərinə görə,  qəbul imtahanları 2019 - cu ildən başlayaraq yeni formada keçiriləcək. Buna görə də, cari ildə imtahanda iştirak edən abituriyentlər daha çox çalışır ki, bu il ali məktəblərə qəbul olub, necə deyərlər, canlarını qurtarsınlar:

“ Əvvəlki illərlə müqayisədə son illər abituriyentlər daha çox fakt, test tapşırığı əzbərləmək metodu ilə hazırlaşırlar. Qəbul imtahanlarında iştirak edənlərin  əksəriyyətinin bir məqsədi var, necə olur olsun keçid balı toplamaq və hara gəldi qəbul olmaq. Bu il abituriyentlərin sayı əvvəlki illərlə müqayisədə azalıb. Bu da qəbul imtahanlarının nəticələrinə təsir göstərir. Hətta düşünmək olar ki, Dövlət İmtahan Mərkəzi abituriyentlərə güzəştə getməyə məcbur olacaq. Keçid balı aşağı düşə, hətta test tapşırıqlarının asanlıq dərəcəsinə daha çox üstünlük verilə bilər. Qəbul imtahanlarının iki dəfə keçirilməsi orta bala təsir göstərir, yəni  artır. Lakin ümumilikdə ciddi bir artım müşahidə olunmur.

Ekspert deyir ki,  15 ildən çoxdur  abituriyentlərə tarix fənnindən ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə etmək üçün dərs keçir.  Onlar arasında maksimum və minimum nəticə əldə edənlər də olub:

“Daha çox psixoloji cəhətdən hazır olan abituriyent digərləri ilə müqayisədə yüksək nəticə göstərib. Bu həmişə belə olub. Düşünürəm ki,  400-600 bal arasında nəticə əldə edənlərin sayı artacaq. Çünki bu ilki sınaq imtahanları keçən illə müqayisədə daha çox və qəbul imtahanlarından əvvəl keçirilib.  Bu da orta bal toplayan abituriyentlərin qəbul imtahanlarına səmərəli şəkildə hazırlaşmasına təsir göstərib”.