Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-29 13:30:00
Ekspert gələcəyin ən vacib ixtisaslarını açıqladı

“Yaxın gələcəkdə vacib olan bir çox ixtisaslar var ki, bizdə onlar üzrə mütəxəssis hazırlığı həyata keçirilmir”

AzEdu.az xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Kamran Əsədov gələcəkdə insanlar üçün daha vacib olan ixtisasların adlarını da qeyd edib:

“Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə qeyd etdi ki:"Əvvəlki peşələrin bir çoxu sıradan çıxır. Artıq 20 il bundan əvvəl olan bəzi peşələr yoxdur və olmayacaq da. Bu proses getdikcə gedəcək, biz 4-cü industrial inqilab içərisindəyik". Həqiqətən də belədir. Yaxın gələcəkdə vacib olan bir çox ixtisaslar var ki, bizdə onlar üzrə mütəxəssis hazırlığı həyata keçirilmir. Mən gələcəyin vacib bir neçə ixtisasını qeyd edirəm:

Kompüter Sistemləri Analitiki;

İnformasiya Təhlükəsizliyi Təhlilçisi;

Rəqəmsal məzmun üzrə mütəxəssis;

Məlumat analitiki;

Səhiyyə xidmətləri meneceri;

Fizioterapevt;

Proqram təminatçısı;

Külək enerjisi üzrə mütəxəssis;

Günəş enerjisi üzrə mütəxəssis;

Robot mühəndisliyi;

Məlumat Təhlükəsizliyi Mütəxəssisi;

Maliyyə meneceri;

Mobil Tətbiqçi;

Epidemiolog;

Süni Zəka Mütəxəssisliyi;

Akkumulyator ekspertizası;

Veb Dizayn;

Rəqəmsal çevrilmə mütəxəssisi;

Bioinformatika;

Genetik Ekspertiza.

Artıq ali təhsil müəssisələrində bir sıra ixtisaslar əmək bazarının tələblərinə uyğun deyil və onlara ehtiyac yoxdur. Ona görə də, gələcəyin ixtisaslarına, müasir tələblərə cavab verən ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilməlidir”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları