Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-29 10:35:00
İmtahanda iştirak edən şəxslərə tur paketi hədiyyə olunacaq 

“Math Academy”( Riyaziyyat Akademiyası)  9, 10, 11-ci sinif şagirdləri üçün YÖS sınaq imtahan qeydiyyatına  start verib.

AzEdu.az xəbər verir ki, Akademiya imtahanda yüksək nəticə edən iştirakçıları mükafatlandıracaq. Belə ki, birinci yerin qalibinə, Şahdağ turu, səhər yeməyi, kanat, ikinci, üçüncü yerin qaliblərinə isə  Şahdağ turu, səhər yeməyindən ibarət tur paketi hədiyyə olunacaq.

Qeyd edək  ki, imtahan 8 dekabr, saat 11:00- da, Əlibəy Hüseynzadə 75, Bakı Türk Anadolu liseyinin yanında yerləşən Math Academy kursunun binasında təşkil olunacaq.

Bilet almaq və əlavə məlumat əldə etmək üçün kursa yaxınlaşa bilərsiniz. Həmçinin əlavə məlumat üçün 055-503-10-54, 012-409-52-30  mobil nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Ayşə Müseyib