Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-28 13:57:00
DİM V qrupa imtahan verənlərin ən çox soruşduqları suala cavab verdi

V ixtisas qrupu üzrə imtahanlar yalnız bir dəfə təşkil olunur.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

I-IVqruplar üzrə imtahanlar il ərzində iki dəfə keçirilir: yaz və yay qəbul imtahanları. Bu bənd abituriyentlər arasında çaşqınlığa səbəb olur və bəziləri V ixtisas qrupu üzrə də imtahanların 2 dəfə təşkil olunduğunu zənn edirlər.

Məlum olduğu kimi V ixtisas qrupu üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılır. Əvvəlki illərin məzunları buraxılış formatında əlavə imtahan verirlər. Buraxılış və əlavə qəbul imtahanları isə il ərzində yalnız bir dəfə təşkil olunur.

V ixtisas qrupuna hazırlaşan abituriyentlər eyni zamanda seçdikləri komissiyalar üzrə qabiliyyət imtahanında da iştirak etməlidirlər.

Xatırladaq ki, imtahanların hansı tarixlərdə keçiriləcəyi hələlik dəqiq məlum deyil. İmtahan və tədbirlər qrafiki təsdiq olunduqdan sonra, təxminən, 2020-ci ilin əvvəllərində cədvəl ictimaiyyətə təqdim olunacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları