Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-28 09:43:00
Azərbaycan “Web of Science”da nəşr aktivliyinə görə Cənubi Qafqazda liderdir

2019-cu ilin noyabrınadək olan məlumata əsasən, “Web of Science” indeksli elmi tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin son illərdə artım dinamikasına görə Azərbaycan regionda birinci yerdədir.

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən bildirilib.

Belə ki,  “Web of Science” elmi bazasında Azərbaycan üzrə 1392 elmi tədqiqat işi qeydə alınıb. Analoji rəqəm Ermənistan üçün 1119, Gürcüstan üçün isə 999 təşkil edir.

Qeyd edək ki, 2019-cu ilə dair məlumatlar növbəti ilin ilk yarımili ərzində tamamlanacaq və həmin rəqəmin artacağı gözlənilir.

Təhsil Nazirliyi və “Clarivate Analytics” (“Thomson Reuters” şirkəti) arasında 22 dekabr 2015-ci ildə əməkdaşlıq haqqında müqavilə imzalanıb. Ölkəmizin elm və təhsil müəssisələrinin dünyanın aparıcı elmimetrik bazası olan “Web of Science”ə çıxışı, yerli alim və tədqiqatçıların əzmi və zəhməti nəticəsində elmi məhsuldarlıq nəzərəçarpacaq dərəcədə artıb, elmi tədqiqat işlərinin effektivliyi xeyli yüksəlib.