Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-27 15:59:00
Gələn il ADA universitetində yenilik gözlənilir 

Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaq olan ADA univeristeti təhsildə yenilikləri davam etdirir.

AzEdu.az xəbər verir ki, “StartupFest 2019” tədbirində   univerisitetin  İnformasiya texnologiyalar mühəndislik fakültəsinin  dekanı  Araz Yusubov gələn ildən   magistratura təhsil səviyyəsi üzrə  yeni proqramın hazırlanmasını söyləyib. O qeyd edib ki,  data analtikası  üzrə magistr  proqramının başlaması üzrə işlər gedir. Gələn ildən bu proqramın tətbiqi nəzərdə tutulur.

“Big Data Graduate Programme 2020”  adlanan yeni proqramın Amerika Corc Vaşıqton universiteti ilə birgə hazırlanması planlaşdırılır.

Qeyd edək ki, ADA universiteti beynəlxalq normalara uyğun olaraq Azərbaycan və ingilis dili olmaqla iki dildə tədrisi təşkil edir.

Ayşə Müseyib