Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-26 17:27:00
Firudin Qurbanovun 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumunda iştirakı Rusiya mətbuatında

Təhsil nazirinin müavini Firudin Qurbanovun Moskvada keçirilən 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumunda iştirakı Rusiya mətbuatında geniş şəkildə işıqlandırılıb.

AzEdu.az xəbər verir ki, Təhsil nazirinin müavini Firudin Qurbanov Rusiyanın "VestnikKavkaza" informasiya agentliyinə müsahibəsində  Rusiya ilə Azərbaycanın humanitar sahədə əməkdaşlığını yüksək qiymətləndirib.  Nazir müavini qeyd edib ki, Rusiya və Azərbaycan arasında münasibətlərin səviyyəsi hər iki ölkə rəhbərlərinin sıx dostluq münasibətləri əsasında diqqət mərkəzindədir. Firudin Qurbanov bildirib ki, bu, ölkələrimiz arasında, o cümlədən humanitar sahədə münasibətlərin intensivləşməsinə imkan yaradır.

Rusiyanın "news.ru" saytının məlumatına görə,  Firudin Qurbanov ali təhsil sahəsində  ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu bildirib və əlavə edib ki, Azərbaycanda Rusiya ali məktəblərinin iki filialı  - M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin  Bakı fililları,  Dağıstanda  isə Azərbaycan İqtisad Universitetinin Dərbənd filialı  fəaliyyət göstərir. 

Rusiyanın "360tv.ru",  "newsnn.ru"  internet portallarında da Təhsil nazirinin müavini Firudin Qurbanovun  ölkələrimiz arasında humanitar sahədə ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişaf etməsinə dair fikirləri yer alıb.

Qeyd edək ki, Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən Forumda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, Rusiya Federasiya Şurasının sədri ValentinaMatviyenko, Rusiya və Azərbaycanın iqtisadi inkişaf nazirləri  Maksim Oreşkin və Mikayıl Cabbarov, Rusiya qubernatorları və hər iki ölkənin biznes nümayəndələri iştirak ediblər.