Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-26 15:48:00
“Azərkitab”ın layihə rəhbəri: “Polislərin kitaba olan marağı cəmiyyət üçün də bir nümunədir” - VİDEO

Azərbaycanda kitab mədəniyyətinin tarixi çox qədim dövrlərə gedib çıxır. Ölkədə müxtəlif təbəqələrin və yaş qruplarının nümayəndələri ilə yanaşı, dövlət orqanlarında çalışan şəxslər də kitab oxumağa maraq göstərirlər.

AzEdu.az xəbər verir ki, Azərkitab” Kitab Təbliğatı Mərkəzinin layihə rəhbəri Sabir Həsənov  bildirib ki, oxucular arasında polis əməkdaşları xüsusi yer tutur.

Onun sözlərinə görə, polis əməkdaşları mütəmadi olaraq Mərkəzə gələrək müxtəlif kitablarla bağlı müraciətlər edirlər: “Bizim Mərkəzin qarşısında polis maşını dayanan kimi artıq bilirik ki, onlar bura kitabla bağlı gəliblər. Onlar Mərkəzə gələrək oxumaq üçün müxtəlif məzmunlu ədəbiyyatlarla maraqlanırlar. Təkcə qanunvericiliklə bağlı yox, eyni zamanda digər sahələrə aid – kriminalistika, hüquq, dedektiv janrlı elmi və bədii ədəbiyyatlara polis əməkdaşları diqqət göstərirlər. Polis əməkdaşlarımızın dedektiv ədəbiyyatına maraqları böyükdür. O cümlədən bədii ədəbiyyatın müxtəlif janrlarında olan kitablar da ən çox oxunanlar arasındadır. Dəfələrlə olub, polis əməkdaşları elə nadir kitabları bizdən soruşub ki, onları xaricdən sifariş etmişik. Həyatını kitab fəaliyyətinə həsr etmiş bir adam kimi deyə bilərəm ki, polis əməkdaşları içərisində elmi titulu olmayan yüzlərlə elmi dünyagörüşə malik şəxslər var. Bu adamlar o qədər təkmil, o qədər savadlıdır ki, onlarla istənilən mövzuda müzakirə aparmaq mümkündür”.

“Çalışırıq ki, gənclərimizdə kitab oxumağa maraq yaradaq. Gənclərimizdə mütaliə vərdişlərinin oyadılmasına can atırıq və istəyirik ki, onlarda mütalə mədəniyyəti yaradaq. Bu gənclərimizi pis vərdişlərdən çəkindirən vacib meyardır”, - deyə qeyd edən “Azərkitab”ın layihə rəhbəri kitaba marağın ildən-ilə artdığını qeyd edib: “Biz bu istəklərimizə çatmışıq. Əgər bu gün ictimai həyatın müxtəlif təbəqlərindən olan insanlar sırasında mütaliyə və biliyə marağın olması onu göstərir ki, cəmiyyətdə dünyagörüşün inkişafına əhəmiyyət verirlər.

Bu günlərdə bizdən əməliyyat-axtarış, kriminilastika elminin dünyada yaradıcısı hesab olnunan Ejen Fransua Vidokun “Memuarlar”ını soruşdular. O Vidok ki, Vüktor Hüqonun “Səfillər”ində Jan Valjan, Artur Konan Doylun “Şerlok Holmos” obrazının gerçək prototipidir. Müxtəlif nəşriyyatlarla maraqlandım, təəssüf ki, həmin əsər, əgər belə demək mümükünsə, “kriminalistika, əməliyyat-axtarış işi nəzəriyyəsi” Azərbaycan dilinə tərcümə olunmayıb. Bu barədə məlumat ala bildim ki, yalnız “Polis” qəzeti tərəfindən ilk dəfə tərcümə olunaraq dərc edilib. Çox istərdim həmin əsər dilimizə tam tərcümə olunmaqla, onun yayımını təşkil edə bilək. Polis əməkdaşları həmin əsəri başqa dillərdə oxuyur”.

S.Həsənov əlavə edib ki, Mərkəzə kitab üçün sıravi polis əməkdaşları ilə bərabər yüksək rütbəli polis zabitləri də gəlirlər: “Adlarını da sadalaya bilərəm... Onların kitabla maraqlanmaları bizi çox sevindirir. Bu, cəmiyyət üçün də bir nümunədir. Düşünürəm ki, polis əməkdaşlarının kitaba, ədəbiyyata maraqları və maariflənmələri onların gələcəkdəki işlərinə böyük təsiri olacaq”. (Report)