XƏBƏRLƏR

26.11.2019 13:44
Yarımil qiymətlərinin düzgün hesablanma qaydası –Müəllimlər üçün

Ötən tədris ilində qiymətləndirmə qaydalarına edilən dəyişikliklər yarımilin sonunun yaxınlaşması ilə yenidən gündəmə gəlib. Hazırda müəllimləri maraqlandıran əsas məqamlardan biri də yarımil və illik qiymətlərinin necə hesablanması ilə bağlıdır. Bu, şagirdlər üçün də eyni dərəcədə maraqlıdır.

AzEdu.azyarımil qiymətlərinin düzgün hesablanma qaydasını təqdim edir:

Yarımillik ballar şagirdin kiçik və böyük summativqiymətləndirmələrdə topladığı ballar əsasında hesablanır.

 Böyük summativqiymətləndirmə aparılmayan fənlər üzrəyarımillikqiymət kiçik summativqiymətləndirmələrdə toplanmış ballar əsasında aşağıdakı kimi hesablanır:

Y= (ksq1+ ksq2+…+ ksqn ) / n

Burada Y - şagirdinyarımillik üzrə balını, ksq1, ksq2 - hər kiçik summativqiymətləndirmədə toplanmış balların miqdarını, n keçirilmiş KSQ-lərinsayını bildirir.

Yəni, BSQ keçirilməyən aşağı siniflərdə yarımil qiymətini tapmaq üçün keçirilmiş KSQ-ləri toplayaraq onların sayına bölmək kifayətdir.

Böyük summativqiymətləndirmə aparılan fənlər üzrəyarımillik bal isə KSQ və BSQ-lərdətoplanılan ballar əsasında aşağıdakı kimi hesablanır:

Y=(ksq1+ksq2+…+ksqn )/n – 40/100 + BSQ - 60/100

Düsturda Y - şagirdin yarımillik üzrə bal, ksq1, ksq2 - hər kiçik summativqiymətləndirmədə toplanmış balların miqdarı, n keçirilmiş KSQ-lərin sayı, BSQ – hər yarımillik üzrə aparılan böyük summativqiymətləndirmədə toplanmış balların miqdarıdır.

Yarımillik balının 2, 3, 4 və ya 5 qiymətlərinə uyğunluğu qaydaya müvafiq olaraq aşağıdakı kimi müəyyənləşdirilir:

30-dək (daxil olmaqla) olan ballar “2” qiyməti ilə;

30-dan 60-dək (daxil olmaqla) olan ballar “3” qiyməti ilə;

60-dan 80-dək (daxil olmaqla) olan ballar “4” qiyməti ilə;

80-dən 100-dək (daxil olmaqla) olan ballar “5” qiyməti ilə.

Qeyd edək ki, yarımillik balların miqdarı və onların uyğunlaşdırıldığı qiymət sinif jurnalı və “Məktəbli kitabçası”nda yazılır.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu