Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-25 17:34:00
Ekologiya orta məktəblərdə tədris olunacaq 

İtalya şagirdlərin iqlim dəyişikliyi ilə bağlı təhsil almalarını təmin edən və bu mövzuda məsuliyyət daşıyan ilk ölkə oldu.

AzEdu.az xəbər verir ki, 2020 –ci ildə iqlim problemləri ilə əlaqədar zəruri dərslərin tədrisinə başlanacaq. İtalyanın təhsil naziri Lorenzo Fioramonti  tədris ilində bu dərslərə 33 saat yer veriləcəyini açıqlayıb.

“Belə dərslər sayəsində İtalyanın gələcək nəsli planetimizin qarşı-qarşıya olduğu risklərlə bağlı daha çox bilgi sahibi olacaqlar. Əsas məqsəd gələcəyin vətənədaşlarının təcili iqlim dəyişikliyinə hazır olmalarını təmin etməkdir”.

Məlumat üçün qeyd edək ki, İtalya Təhsil naziri Fioramontinin təhsil büdcəsinə əlavə gəlir gətirmək məqsədilə təyyarə biletləri, plastiklər və şirniyyat qidalarından vergi alınması ilə bağlı təklifi etirazlara səbəb olmuşdu. Ancaq  bu ildən plastik və şəkər vergisi hökümətin 2020-ci il büdcəsinə daxil edilib.

Ayşə Müseyib