Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-25 11:01:00
Abituriyentlərin bitməyən sualı– Qəbul imtahanlarının dəqiq vaxtı haçandır?

2020-ci ildə təşkil olunacaq imtahanların tarixləri və qəbul imtahanları üzrə müsabiqə şərtləri hələlik müəyyən olunmayıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a məlumat verilib.

Abituriyentlərin  çoxsaylı  istəyini nəzərə alaraq bir daha bildiririk ki, imtahan və tədbirlərin qrafiki hələ təsdiqlənməyib. Bu baxımdan sosial şəbəkələrdə buraxılış imtahanlarının və digər imtahanların hansı tarixlərdə keçiriləcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Qeyd edək ki, 2020-ci ildə keçiriləcək imtahanlarının dəqiq tarixləri ilin əvvəllərində ictimaiyyətə açıqlanacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları