Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-12 10:26:19
AMEA: Xəzərin Aralın taleyini yaşamaması üçün tədbir görülməlidir

"Planetin temperaturunun istiləşməsi gələcəyin ən böyük problemidir".

AzEdu.az-ın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib. O bildirib ki, qlobal istiləşmənin təsiri özünü daha çox daxili sularda göstərir: "Daxili sulara ən bariz nümunə Xəzər dənizidir. Xəzər dənizinin Aralın taleyini yaşamaması üçün müəyyən işlər görülməlidir. Xəzər dənizinin biomüxtəlifliyi, ətraf mühiti, fiziki şəraiti mühafizə olunmalıdır".