Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-23 15:03:00
Şagirdlərin xarici ölkələrdən Azərbaycana yerdəyişməsi QAYDALARI

Şagirdlərin xarici ölkələrdən Azərbaycana yerdəyişməsi necə həyata keçirilir?

AzEdu.az qanunvericiliyə əsasən, mövzu ilə bağlı məlumatı təqdim edir:

I – IX siniflərdə təhsil alan şagirdlərin valideynləri övladının təhsilini davam etdirməsi üçün seçdiyi məktəbin direktoruna ərizə ilə müraciət edir. Ərizəyə şagirdin əvvəl oxuduğu məktəbin direktoru tərəfindən təsdiq olunmuş qiymət cədvəli əlavə olunmaqla şagirdin müəyyən dövrə qədər təhsil aldığı barədə arayış əlavə olunur. Nəzərdə tutulan sinifdə şagird sayı və sinif otağının ölçüsü həmin şagirdin qəbuluna imkan verdiyi halda, o, məktəbin müvafiq sinfinə qəbul olunur.

Azərbaycan Respublikasına gələnədək ümumi orta təhsil səviyyəsini bitirib müvafiq təhsil sənədi almış şagird həmin sənəd və valideynin ərizəsi əsasında nəzərdə tutulan sinifdə şagird sayı və sinif otağının ölçüsü şagirdin qəbuluna imkan verdiyi halda, məktəbin X sinfinə qəbul edilir. Əks təqdirdə şagirdin müvafiq məktəbin X sinfinə qəbulundan imtina edilir.

Təhsil sənədləri olmadıqda və ya təqdim edilmiş sənədlərdən şagirdin qəbul olunmalı sinfi müəyyən etmək mümkün olmadıqda

  • I-XI siniflərdə oxuması iddia olunan şagirdlərin hazırlıq səviyyəsi yerli təhsili idarəetmə orqanları tərəfindən yaradılmış komissiya vasitəsilə yoxlanılır;
  • Komissiyanın rəyi əsasında şagirdin müvafiq sinfə qəbulu məktəbdə rəsmiləşdirilir və ona şəxsi iş açılır;
  • Azərbaycan dilini tədris dili səviyyəsində bildikləri halda, şagirdlər tədris Azərbaycan dilində olan siniflərə qəbul edilirlər. Həmin şagirdlərin tədris dilini dəyişməsinə valideynin ərizəsinə əsasən məktəbdə baxılır;
  • Tədris rus və ya gürcü dilində olan məktəblərə qəbul edilmiş şagirdlərə əvvəl oxuduqları məktəbdə tədris olunmayan fənlərdən (Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası və s.) əlavə məşğələlər təşkil edilir.