Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-23 12:05:00
Məktəblilərin Bakı şəhər birinciliyinin rayondaxili mərhələsi

“Olimpiya hərəkatı” layihəsi çərçivəsində məktəblilərin Bakı şəhər birinciliyinin rayondaxili mərhələsinə start verilib.

AzEdu.az xəbər verir ki, Təhsil, Gənclər və İdman nazirliklərinin və Milli Olimpiya Komitəsinin tərəfdaşlığı ilə təşkil olunan yarışlarda məktəbdaxili mərhələnin yekunlarına əsasən, badminton idman növü üzrə 252, həndbol üzrə 233, veloidman üzrə 247 məktəb komandası mübarizə aparır.

19 dekabr tarixinədək davam edən rayondaxili mərhələnin yarışlarında hər idman növü üzrə I yeri tutan məktəb komandası final mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, birinciliyin keçirilməsində məqsəd məktəblilər arasında Olimpiya hərəkatını təşviq etmək, təhsil müəssisələri ilə idman federasiyaları arasında əməkdaşlığı gücləndirmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı artırmaq, olimpiya idman komplekslərindən səmərəli istifadəni təşkil etmək və hədəf idman növləri üzrə kütləviliyi artırmaqdan ibarətdir.