Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-22 17:58:00
UNEC: elmi ad və dərəcələrin verilməsi ilə bağlı yeniliklər izah edilir

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi adların və elmi dərəcələrin verilməsi ilə bağlı yeniliklər və dəyişikliklər izah edilir. Bu məqsədlə universitetin fakültələrində elmi seminarlar təşkil olunub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə qaydalarda edilən dəyişikliklər barədə məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanı ilə “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə” təsdiqlənib. Sənədin icrasını təmin etmək məqsədilə UNEC-in rektoru tərəfindən universitetdə elmi dərəcələrin və elmi adların verilməsi ilə bağlı yeniliklərin və dəyişikliklərin tətbiqinə dair əmr verilib və buna əsasən tədbirlər planı hazırlanıb.

Sonda suallar cavablandırılıb.