Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-22 14:13:00
Bakıda ERMƏNI DİLİ kursları açılır

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) gənc alimlər və tədqiqatçılar üçün ödənişsiz erməni dili kursları təşkil edir.

AzEdu.az xəbər verir ki, erməni dilini başlanğıc səviyyədən öyrənmək istəyən magistr və ya doktorantura dərəcələrinə malik olan və gələcəkdə elmi fəaliyyət ilə məşğul olacaq şəxslər kurslarda iştirak üçün müraciət edə bilərlər.

Eyni zamanda kurslara dövlət qurumlarının nümayəndəyələri də qatıla bilərlər. Kursların dekabrın 1-dən başlanması nəzərdə tutulur.

Müraciət üçün son tarix noyabrın 28-dir. Maraqlanan şəxslərdən CV-lərini və işlədikləri qurumdan və ya elmi rəhbərlərindən tövsiyyə məktubunu [email protected] ünvanına göndərmələri xahiş olunur. Dərslər həftədə iki dəfə (çərşənbə axşamı və cümə günləri) saat 18:30-da keçiriləcək.

Dərslərdə iki dəfədən artıq üzrsüz iştirak etməyən şəxslər kursdan xaric olunacaqlar.