Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-22 13:19:00
Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Müxtəlif sinif kometlərə Günəş aktivliyinin təsiri haqqında” mövzusunda astroseminar keçirilib.

Rəsədxanadan AzEdu.az-a bildirilib  ki, astroseminarda Bakı Mühəndislik Universitetinin əməkdaşı Həzi Qasımovun mövzu üzrə məruzəsi dinlənilib.

Tədbirdə müəlliflərin son zamanlar günəş-komet əlaqələri üzrə əldə etdiyi yeni qanunauyğunluqlar müzakirə olunub. Qeyd edilib ki, alınan nəticələr yeni kometlərin axtarışında faydalı ola bilər.

Sonra suallar cavablandırılıb.