Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-22 11:54:00
“Zəhərlənən tələbələr kitab istəyiblər” - Pərvanə İbrahimova

“Bakı Dövlət Universitetinin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən tələbələrinin vəziyyəti normaldır”.

AzEdu.az xəbər verir ki, bu barədə modern.az-a Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, bu gün səhər universitetin rektoru və müşaviri xəstəxanada tələbələrin yanında olublar:

“Tələbələr özlərini yaxşı hiss edir, gəzir, yemək yeyirlər. Onlar həkimlərin tam nəzarəti altındadırlar. Yaxın günlərdə evə buraxılacaqlar. Hətta onlar oxumaq üçün kitab istəyiblər”.

BDU rəsmisi tələbələrə şəfa diləyib və tezliklə sağalmalarını arzulayıb.