Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-21 15:44:25
Azərbaycanın  5 peşə təhsil müəsissəsi ilə “Qardaş məktəb” protokolu imzalanıb

“Türkiyədə peşə təhsil müəssisələrinin istehsal etdiyi məhsulun satışı təşkil olunur. Şirkətlər öz avadanlıqlarını peşə təhsil müəssisələrinin emalatxanalarında qururlar. Yəni tələbələr bu emalatxanalarda praktiki dərslərdə məhsulun istehsalında iştirak edir və nəticədə səriştəli kadr kimi gələcəkdə şirkətdə işləyə bilirlər”

AzEdu.az xəbər verir ki, bu fikirləri Türkiyədə peşə ilə bağlı təlimdə iştirak edən Turizm və Sosial xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Məkrəzinin turizm  sektoru üzrə direktor müavini  Kifayət Bayramova deyib. O qeyd edib ki, təlimin keçirilməsində məqsəd mühəndis pedaqoji heyətinin kvalifikasasiyasının(red: şəxsin bacarıqlarının rəsmi şəkildə təsdiqi)  artırılmasıdır.  Onun sözlərinə görə, İzmir şəhərində keçirilən təlimdə liderlik, strateji planlaşdırma, büdcədən kənar vəsaitlərin idarə olunması, işəgötürənlərlə əməkdaşlığın qurulması mövzusunda təlimlər keçirilib:

“Türkiyədə peşə təhsil müəsisələrinin vahid elektron nəzarət  sistemi var. Hər bir tələbənin tədris ili boyu nəticələri, davamiyyəti hər gün sistemə daxil edilir. Həmin sistem nəinki peşə təhsil rəhbərliyi tərəfindən, həmçinin onların tabe olduğu qurum tərəfindən də izlənir. Yəni onların tabe olduqları təhsil şöbəsi istənilən vaxt bir tələbə haqqında məlumat əldə edə bilir.Fikrimcə, bu çox yaxşı bir sistemdir. Bunu Azərbaycanda da tətbiq etmək faydalı olar ”.

O bildirib ki, Türkiyə peşə təhsil müəsissələri ilə əməkdaşlıq protokolu imzalanıb:

“ Ümumilikdə Azərbaycanın  5 peşə təhsil müəsissəsi ilə “Qardaş məktəb” protokolu imzalanıb. Onlardan biri də Turizm və Sosial xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə İzmir Şəhərindəki Konak Alsancaq Nevvar Salih İşgörən Mesleki və Texnik anadolu lisesi arasında  imzalanan əməkdaşlıq protokoludur. Bu proqramda müəllimlərin və tələbələrin qarşılıqlı təcrübə keçmələri nəzərdə tutulub. Yəni növbəti aylarda da protokola uyğun olaraq təcrübə proqramları davam edəcək.  Onu da qeyd edim ki, Turizm peşə təhsil müəssisəsinin nəzdində otellər var ki, burda  turistlər də, tələbələr də qala bilər. Həmin otellər tələbələrin praktik bacarıqlarının inkişafında rol oynamaqla yanaşı , büdcədən kənar gəlir mənbəyi  də sayılır.  Onlarda həmçinin “Ailə-məktəb” adlı bir qurum fəaliyyət göstərir.  Həmin qurum büdcədən kənar gəlirlərin xərclənməsini təşkil edir.Bu qurum həmçinin lazım olduqda büdcəsi az olan peşə təhsil müəsisələrinə yardım etmək səlahiyyətindədir”.

“Türkiyədə  dövlət tərəfindən belə bir qərar verilib ki, işəgötürənin təqribən 100 nəfər işçisi varsa, 10 nəfər də təcrübəçi tələbə götürməlidir. Həmin tələbəyə müvafiq məbləğdə pul da ödəməlidir. Şirkət təcrübəçi tələbə götürməkdən imtina etsə, bunun qarşılığında vəsait ödəyir”-deyə K. Bayramova sözlərinə əlavə edib.

Ayşə Müseyib