Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-22 11:04:00
Tələbələrdə vətənpərvərlik hissini artıracaq möhtəşəm kampaniya - FOTO

#Vətənməndənbaslayir – adlı sosial kampaniya “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Azedu.az təhsil portalının təşəbbüsü ilə başlanılır. İlboyu davam edəcək olan kampaniya Azərbaycan universitetlərində təhsil alan gənclər arasında vətənpərvərliyin və dövlətçilik ideologiyalarının tətbiq olunması naminə öz fəaliyyətlərində daha çalışqan, məqsədyönlü, əzmkar olmağı təşviq etməkdir.

Hər bir gəncin Vətən naminə üzərinə düşən məsuliyyətin fərqində olması, daha yaxşı Azərbaycan üçün fəaliyyətlərinin həqiqi dəyərini anlaması zəruri əhəmiyyət daşıyır.

Bu kampaniyada iştirak edəcək tələbələr sübut edəcəklər ki, hər birimiz Vətənin bir parçasıyıq və hamımız Azərbaycan naminə birləşməliyik.

Kampaniyada iştirak etmək istəyən tələbələr www.azedu.az  saytına müraciət edə və ya sosial şəbəkələrdə aşağıda qeyd edilən həştəqlər ilə paylaşımlar edə bilərlər.

#vətənməndənbaşlayır

#mənazərbaycanam

#vetenmendenbaslayir

#menazerbaycanam