Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-21 14:09:00
BDU-nun yataqxanasında zəhərlənmə: ölən var

Bakı Dövlət Universitetinin (BDU) 2№-li yataqxanasında zəhərlənmə hadisəsi qeydə alınıb.

Səhiyyə Nazirliyindən AzEdu.az-a bildirilib ki, məlumat Təcili Tibbi Yardıma saat 12.35 də daxil olub.

Bildirilib ki, həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar:

“Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə Klinik Tibbi Mərkəzə çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir".