Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-20 15:49:00
Sabiq nazir: “Universitetlər arasında bunu ilk biz etdik”-ANONS

“Elm, təhsil və iqtisadiyyat sahələri idarəetmə əsasında tənzimlənir”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və maliyyə institutları kafedrasının müdiri, sabiq maliyyə naziri Əvəz Ələkbərov deyib.

O, təhsil menecmentinin vacibliyi haqqında fikirlərini bölüşüb.

“Təhsil menecmenti çox vacibdir. Bizim kafedranın 7 elmlər doktoru, 19 dosenti və 42-i işçisi var. Əgər burada biz idarəetməni düzgün qurmasaq, tədris, kitabların çapı, müəllimlərin münasibəti  düzgün surətdə olmaz. Hər şeyin başında idarəetmə dayanır. Bu hər yerdə belədir. Ailədə və şirkətlərdə də bu tipdə tənzimləməni həyata keçirmək lazımdır. Bu mənada müasir formada tədrisin qurulması  çox vacibdir. Yəni  vətəndaş cəmiyyəti də bu prosesdə olmalıdır. Valideynlər də tədris prosesində iştirak etməlidilər. İnsanlar tədrisdən razı qalmalıdılar. Hər şey açıq və demokratik şəraitdə olmalıdır.

Valideyn gəlib, dərsdə oturmaq istəyirsə, ona şərait yaratmaq lazımdır. İnteraktiv dərslərin sayı artırılmalıdır. Bizim universitet Azərbaycan universitetlərinin içərisində birinci  interraktiv universitetdir. Bu o deməkdir ki,  professor, dosentin  internet üzərindən idarə olunan  kabineti var. Hər birimiz bu kabinetdən istifadə edirik. Burada dərsimizin harada olacağı, qrupun nömrəsi, həmin gün hansı mövzunu tədris edəcəyimiz haqqında məlumatlar əksini tapır”.

Qeyd edək ki, yaxın günlərdə Əvəz Ələkbərovla müsahibə AzEdu.az-da yayımlanacaq.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları