Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-20 14:50:00
Göyçayda tələbəni maşın vurub

Göyçayda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki, hadisə bu gün saat 14:00 radələrində Göyçay şəhəri, Heydər Əliyev prospektində yerləşən Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin qarşısında qeydə alınıb. "VAZ 2107" markalı minik avtomobili hərəkətdə olarkən yolu keçən piyada, kollecin tələbəsi, 2004-cü il təvəllüdlü Məmmədov Əli İlqar oğlunu vurub. Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəza törədən sürücü hadisə yerindən qaçıb.

 Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 
(Apa.az)