Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-20 13:11:00
Direktor işdən çıxardığı müəllimə neçə gün öncədən məlumat verməlidir? - Cavab

AzEdu.az mütəmadi olaraq, direktorların işə qəbul müsabiqəsi, namizədləri maraqlandıran sualların cavabı barədə yazılar yayımlayır. Direktor olmaq istəyənlərə müsahibə zamanı ən çox verilən suallardan biri də əmək müqavilələrinin ləğvi ilə bağlıdır.

Sual:

Əmək müqaviləsi ləğv edilən müəllim işdən çıxarılması ilə bağlı neçə gün öncədən məlumatlanmalıdır?

Cavab:

AzEdu.az məlumat verir ki, bu kimi məsələlər Əmək Məcəlləsinin 77-ci maddəsində qeyd olunub. Məcəlləyə uyğun olaraq, direktor əmək müqaviləsini ləğv edilməzdən əvvəl müəllimə məlumat verməlidir. Bu məlumatın neçə gün öncədən verilməsi isə, kadrın stajına görə dəyişir.

Direktor iş təcrübəsindən asılı olaraq müəllimə aşağıdakı müddətlərdə məlumat verməlidir:

-1 ilədək əmək stajı olduqda – azı 2 həftə həftə;

-1 ildən 5 ilədək əmək stajı olduqda – azı 4 həftə;

-5 ildən 10 ilədək əmək stajı olduqda – azı 6 həftə;

-10 ildən çox əmək stajı olduqda – azı 9 həftə.

Qeyd edək ki, direktorların işə qəbulu müsabiqəsində pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edirlər. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqdaisəbu müddət 3 il müəyyən edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları