Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-20 13:35:00
Özbəkistan ali məktəbləri ilə əməkdaşlıq

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Daşkənd Dövlət Texniki Universitetinin rektoru, professor Sədrəddin Turbacanov və Daşkənd Kimya-Texnologiya İnstitutunun direktoru Qaffar  Rəhmanberdiyev ilə görüşüb.

AzEdu.az xəbər verir ki, Azərbaycanla Özbəkistan arasındakı təhsil əlaqələrindən danışan M.Babanlı ADNSU-da həyata keçirilən islahatlardan, ikili proqramlar və beynəlxalq əməkdaşlıqdan da bəhs edib.  O, Özbəkistan universitetləri ilə tələbə mübadiləsi və ikili diplomlar üzrə yeni layihələrə maraqlı olduqlarını bildirib.

Professor S.Turbacanov ADNSU-nun tədris təcrübəsindən faydalanmaq və birgə tələbə mübadiləsi aparmaq üçün əməkdaşlığın onlar üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Daşkənd Kimya-Texnologiya İnstitutunun direktoru Q.Rəhmanberdiyev elmi-texniki istiqamətlə yanaşı, 2-ci ali təhsil üzrə də ADNSU ilə birgə yeni proqramların hazırlanmasında maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşün sonunda tərəflər arasında əməkdaşlıq müqaviləsinin imzalanması üçün razılığa gəlinib