Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-20 12:19:00
“Olympic Moves” layihəsi çərçivəsində məktəbdaxili yarışlar başa çatıb

Azərbaycan Respublika Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti tərəfindən həyata keçirilən məktəblilərin “Olympic Moves” layihəsi çərçivəsində Bakı şəhəri üzrə məktəbdaxili yarışlar başa çatıb.

AzEdu.az xəbər verir ki, layihənin proqramına daxil olan 3 idman növü - badminton, həndbol və velosiped idman növü üzrə məktəblilər bacarıqlarını sınayıblar.

Birinci yeri tutan komandaların rayondaxili yarışlarına noyabrın 21-də start veriləcək.

Noyabrın 1-dən başlanan məktəbdaxili yarışlara Bakı şəhəri üzrə 12 rayondan ümumilikdə 291 məktəb qoşulub. Məktəbdaxili mərhələdə yarışan məktəblilərin sayı isə 13 min nəfərdən çox olub.

İdman növləri üzrə yarışların ikinci mərhələsinin qalibləri təşkilatçılar tərəfindən diplom və sertifikatla, final mərhələsinin qalib komandaları və məşqçiləri kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

“Olympic Moves” ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və fəal həyat tərzinin təşviqi, olimpiya idman irsinin davam etdirilməsi məqsədlə keçirilir.

Yarışlara mütəmadi azarkeşlik edən məktəbə xüsusi mükafat təqdim olunacaq.

“Olympic Moves” proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram məktəblilərə sağlam və fəal həyat tərzinin təşviqində əhəmiyyətli rol oynayır.