Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-20 10:48:00
Şagirdlərin fəallığını necə yaratmalı?- Təkliflər

Auditoriyaya  ünvanladığınız suallarınız boş baxışlarla qarşılananda nə edərsiniz?  AzEdu.az xəbər verir ki, blog yazar Jeniffer Gonzalez auditoriyaya sual verəndə qəribə səssizliklə qarşılaşmağı aradan qaldırmağın bir neçə yolunu təklif edir.

 İlk olaraq, niyə cavab reaksiyası almadığımızı müəyyənləşdirmək lazımdır. Gonzalez bunun tək bir səbəbi olduğunu deyir.

“Ünsiyyətdə olduğunuz qrupun sizi səssizliklə qarşılaması çox vaxt təməl bir səbəbdən qaynaqlanır: İnsanlar axmaq görünmək istəməzlər”. Onlar sual verən adam tərəfindən nə vaxtsa qorxudulmuş ola bilər və ya “uşaqlarla yaxşı davranmayan birinin” qarşısında cəhalətlərini açığa çıxarmaq riskini gözə almaq istəməzlər.

Yaşıdlarının təzyiqi uşaqların sadəcə riskli şeylər etmələrinə səbəb olmaz, eyni zamanda cəhd etmələrini istədiyimiz şeylərdə könülsüz olmalarına gətirib çıxarır. Şagirdlərin cəsarətli olmalarını istəyirsinizsə, onlara ünvanladığınız sualları necə qurduğunuza diqqət edin.  Açıq, şagirdlərin marağını cəlb edəcək və onların cavab verməli olduğu vaxtla uzlaşa biləcək suallar verin.

Məsələn, “onlara ən sevdiyiniz musiqi hansıdır?”-deyə sual versəniz, yetişkin insanlar kimi dinlədikləri bütün mahnıların içində onları ən çox ifadə edəni tapmağa çalışacaq və bunun üçün beyinlərini yoracaqlar. Amma onlardan sadəcə sevdiyi mahnını düşünməklərini istəsəniz, bu daha asan olacaqdır”.

Blog yazar başqa həll yollarını da təklif edir. O, sualların konkret və aydın olmasının da mühüm rol oynadığını yazır.

“Suallarınızı dinləyicidə konkret gözləntilər yaradacaq şəkildə qurun. Sizə qulaq asanlar nə soruşduğunuzu bilmək istəyər, amma kimdən soruşduğunuzu və təxmini hansı cavabı almaq istədiyinizi də onlar üçün maraqlıdır.

Məsələn, “hekayənin mövzusunu kim izah edə bilər? sualı əvəzinə, “birazdan birinizdən hekayədəki əsas ideyanı göstərməsini və izah etməsini istəyəcəm” deyə bilərsiniz. “Sizdən tək istədiyim suallarınız haqqında səssizcə düşünməyinizdir. Daha sonra, könüllü olaraq cavabları qrupla paylaşmağınızı istəyəcəm” Bununla siz həm gözləntinizi açıqlamış və sualı konkret bir adama ünvanlamadan  əvvəl  bütün sinfə öz cavablarını hazırlamaqda vaxt vermiş olursunuz.

 Vaxtınız olarsa, tək bir şagirddən və ya qrupdan cavab almamışdan öncə bütün sinifdən yazılı cavab da almaq olar. Danışılanlardan daha dərin və üzərində çox düşünülmüş  cavablar alacaqsınız.

Sualları anlayıb anlamadıqlarını təyin  etməyə çalışanda boş baxışlardan qorunmaq üçün klassik bir suala əl ata bilərsiniz. “Bu sizə mənalı gəlir?”. Ola bilər ki, şagirdlər yaşıdlarının yanında anlamadıqlarını söyləməkdən çəkinər.  Buna görə də onlara anlamadıqlarını göstərəcək işarələr verin. Baş barmaqlarını yuxarı və ya aşağı göstərməklə, rəngli  kartlarla göstərmələrini təklif edə bilərsiniz".

Ayşə Müseyib