Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-19 17:24:00
Məktəb əmlakına ziyan vuran şagirdin valideyni nə kimi məsuliyyət daşıyır? - Cavab

Ümumtəhsil müəssisəsi əmlakının mühafizəsi müvafiq təhsil qanunvericiliyi, təhsil haqqında normativ aktlarda qeyd olunub. Bəzi məktəblərdə ümumtəhsil müəssisəsinin əmlakına ziyan vuran şagirddən vurduğu zərərin 3 qat bahasını ödəmək tələb olunur.

Bəs, valideyn məktəbin əmlakına ziyan vuran övladı üçün nə kimi məsuliyyət daşıyır?

AzEdu.az məlumat veir ki, bu barədə məlumatlar təhsil haqında qanunda, eləcə də hər məktəbin öz nizamnaməsində əks olunub. Məktəbin əmlakına dəymiş zərərə görə məsuliyyətin miqdarı və belə zərərin ödənilmə qaydası Azərbaycan Respublikasının mülki qanunvericiliyinin müddəaları ilə müəyyən edilir.

Qanunvericiliyə görə, şagirdlər, məktəbin işçiləri və valideynlər məktəbin əmlakına ehtiyalta yanaşmalı, məktəbin binasında və onun ərazisində təmizliyə riayət etməlidirlər.

Şagird tərəfindən məktəbə maddi ziyan yetirildikdə onu ödəmək valideynin öhdəliyidir.

Mülki məcəlləyə görə isə 4 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın əmlak məsuliyyətini onun valideynləri, övladlığa götürənlər və ya qəyyum daşıyır. Bir şərtlə ki, həmin şəxslər öhdəliyin onların təqsiri üzündən pozulmadığını sübuta yetirməsinlər. Qanuna uyğun olaraq bu şəxslər azyaşlıların vurduqları ziyan üçün cavabdehdirlər.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları