Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-19 17:13:00
“Mədəniyyətləri meydana gətirən insandır” - Fuad Bakışlı yazır  

Fuat Bakışlı hazırda Amerika Birləşmiş Ştatlarının Arkansas ştatında Dövlət Akademiyasında riyaziyyat müəllimi işləməklə yanaşı, təhsil meneceri kimi də fəaliyyət göstərir.

 Milli mədəniyyət və mənəvi dəyərlərin əhəmiyyəti

 Bir mədəniyyətin meydana gəlməsində maddi ünsürlər qədər milli və mənəvi dəyərlər də əhəmiyyətlidir. Mədəniyyətləri meydana gətirən insandır. İnsan isə həm maddi, həm mənəvi xüsusiyyətlərə malik olan bir varlıqdır. İnsanı insan edən onun fiziki xüsusiyyətləri ilə yanaşı, həm də mənəvi xüsusiyyətlərinin  əlamətləridir. Maddiyə önəm verib mənəviyyatını unudan şəxsin bu dünyada xoşbəxt həyat sürməsi mümkün deyil.

 Bu baxımdan, maddi dəyərlərin diqqət mərkəzində saxlanılıb, mənəvi dəyərlərin unudulduğu halda da mədəniyyətin uzun sürməsi və inkişaf etməsi də mümkünsüzdür. Müharibə və zorakılıq, terror, soyğunçuluq, narkomaniya, rüşvət və korrupsiya hadisələri dünyada yaşayan bütün insanların maddi həyatını təhdid edir.

 Digər tərəfdən də maddiyyata əhəmiyyət verməklə mənəvi dəyərləri arxa plana keçirmək acı nəticələr verir. Bəla və fəlakətlərdən xilas edəcək bir çox modellər irəli sürülsə də, dövrümüzdəki bu problemlərə qalib gəlməyin yolu milli və mənəvi dəyərlərimizə sahib çıxmaqla olacaqdır. Bu gün bütün xalqlar və millətlər aydın başa düşürlər ki, xilas yolu öz milli və mənəvi dəyərlərinə qayıtmaq, onlardan bəhrələnməkdir. 12 Ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. Bunlarsız millət yoxdur. Bunları qoruyub saxlamış xalq isə həmişə müs təqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir. Bizim xalqımızda əsrlərdən bəri formalaşmış, gəlmiş adətlər vardır: kiçiyin böyüyə hörməti, böyüyün də kiçiyə qayğısı, övladın valideynlərinə hədsiz hörməti, valideynlərin də öz övladlarına olan qayğısı və məhəbbəti. Bu, bizim xalqımızın mentalitetidir və biz bununla fəxr etməliyik.

 Hər bir millət öz dini və milli dəyərlərini qoruyub saxla maq və həyata keçirmək qayğısına qalmalıdır. Milləti millət edən əsas dəyər milli və mənəvi dəyərlərdir. Vətən, bayraq, himn, gerb, dil, adət-ənənələr və s. bu kimi ünsürlər milli dəyərlərimizi, din isə mənəvi dəyərlərimizi ifadə etməkdədir. Bugünkü ən vacib vəzifəmiz milli və mənəvi dəyərlərimizi yeniyetmə çağındakı şagirdlərimizə necə aşılayıb sevdirməyimizdir. Mədəniyyət tarixi ictimai inkişaf prosesi içində yaradılan bütün maddi və mənəvi dəyərləri meydana gətirmədə və son rakı nəsillərə çatdırmaqda istifadə olunan, insanın təbii və ictimai ətrafına suverenliyinin ölçüsünü göstərən vasitələrin toplusuna deyilir. Vətən, bayraq, mədəniyyət, dil, himn, gerb, marş və s. bu kimi ünsürlər milli dəyərlərimizi, din isə mənəvi dəyərlərimizi ifadə etməkdədir. Mədəniyyət toplumların meydana gətirdiyi bütün gözəllikləri əks etdirən bir anlayışdır. Şeir, hekayə, musiqi 1. Milli-mənəvi dəyərlərin təbliğində kitabxananın rolu. Bakı, 2011, səh. 38 13 və s. kimi şifahi və ya yazılı ədəbiyyatın məhsulu olan və dili meydana gətirən bütün əsərlər, bayramlar, tamaşalar, oyunlar, memarlıq abidələri, milli yeməklər, milli geyimlər və xalq oyunları həmişə mədəniyyətin bir hissəsidir. Biz mədəniyyətimizin aşınmaması üçün səy göstərməliyik.

 Çünki bu gün öz mədəniyyətimizdə olmayan bir çox şeylər mədəniyyətimiz kimi yaşanmaqdadır. Toylarımızda, dəfn mərasimlərimizdə, ictimai həyatımızın hər sahəsində özümüzə aid olan şeylər geridə qalmışıq əlaməti kimi göstərilərək yavaş-yavaş həyatımızdan çıxarılmağa çalışıldığına şahid olmaqdayıq. Heç bir milli, əxlaqi və mənəvi dəyər əhəmiyyətsiz hesab edilib fərdi və ictimai həyatdan çıxarıla bilməz. Müasirliyin gətirdiyi bəzi mənfi liklərə baxmayaraq, milli və mənəvi dəyərlərimizi qoruyub saxlayacağıq. Ona görə də gələcəyimizin təminatı olan gənclərimiz arasında milli, mənəvi və mədəni dəyərlərimizlə bağlı məqsədyönlü, sistemli və fasiləsiz işlər aparmalıyıq – ailədə, məktəbdə, ali təhsil müəssisələrində. Radio və televiziyanın da, mətbuatın da səyləri buna doğru yönəlməlidir. Bütün bunların insanın şüuraltına yerləşdirilməsi, onda dəyərlərə çevrilməsi, əxlaq halına keçməsi onun həyatının keçid dövrləri, o cümlədən də yetkinlik dövrü ilə sıx əlaqədardır.