XƏBƏRLƏR

19.11.2019 16:53
Oğuzda 4 idman federasiyası yaradıldı

Oğuz Uşaq-Gənclər İdman Şahmat Məktəbinin (UGİŞM) tədris bazasında rayonda idmanın kütləvililiyinin və təbliğinin artırılması məqsədilə “İdman federasiyaları”nın yaradılmasına dair təsis konfransı keçirilib.

AzEdu.az xəbər verir ki, UGİŞM-in direktoru Nizami Hüseyni  idman federasiyalarının yaradılmasının önəmindən danışıb.

 Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Naxçıvanski, rayon Təhsil şöbəsinin müdiri Anar Məcidov, YAP rayon təşkilatının sədri Saleh Məhərrəmov, rayon Maliyyə idarəsinin rəisi Elşad Yusifov və rayonun digər səlahiyyətli şəxsləri çıxışlarında idmanın təbliğinin və kütləvililiyinin artırılmasında gənclərin və məktəblilərin asudə vaxtlarının səmərəli təşkilində idman tədbirlərinin əhəmiyyətindən danışıb, federasiyaların yaradılmasının vacibliyini bildiriblər.

 Çıxışlardan sonra  UGİŞM-in bütün bölmələri üzrə idman federasiyaları yaradılıb.

 Futbol bölməsi üzrə- rayon prokuroru Aydın Əliyev;

Şahmat bölməsi üzrə-YAP Oğuz Rayon Təşkilatının sədri Saleh Məhərrəmov;

Sərbəst güləş bölməsi üzrə-rayon Polis şöbəsinin rəisi Vüqar Əliyev;

Voleybol bölməsi üzrə-iş adamı Hafiz Mustafayev federasiya sədrləri seçiliblər.

(Azərbaycan müəllimi)

İlin gənc müəllimi-Müraciət formu