XƏBƏRLƏR

19.11.2019 16:23
Beynəlxalq yarışdan qalibiyyətlə qayıdan Bakı məktəbliləri

Ümumi təhsil müəssisələri şagirdlərinin idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlardakı uğurları davam edir.

 Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 191 nömrəli tam orta məktəbin IX sinif şagirdi Cavad Yusifov karate idman növü üzrə Gürcüstanda keçirilən beynəlxalq turnirdə 70 kiloqram çəki dərəcəsində bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Final mərhələsində erməni idmançıya qalib gələn məktəbli qızıl medal, diplom və kubokla mükafatlandırılıb.

 36 nömrəli tam orta məktəbin XI sinif şagirdi Taleh Quliyev kikboksinq idman növü üzrə  İranda keçirilən beynəlxalq yarışda bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüb. Məktəbli çempionluq kəməri və diplomla mükafatlandırılıb.

 Vətənə qalibiyyətlə dönən digər idmançılar isə 116 nömrəli tam orta məktəbin şagirdləridir. Məktəbin VIII sinif şagirdi Rüfət Hacıyev karate idman növü üzrə Gürcüstanda keçirilən beynəlxalq yarışda I, V sinif şagirdi Xədicə Vəkilova isə II yerə layiq görülüb. Final mərhələsində erməni idmançını məğlub edən Rüfət Hacıyev qızıl medal, diplom və kubokla, Xədicə Vəkilova isə gümüş medal, diplom və kubokla mükafatlandırılıb.

İlin gənc müəllimi-Müraciət formu