XƏBƏRLƏR

19.11.2019 13:35
UNEC rektoru yeni Tələbə-rektorla görüşüb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov universitetin yeni Tələbə-rektoru Cavidan Adilzadə ilə  görüşüb.

AzEdu.az xəbər verir ki, professor Ə.Muradov yeni Tələbə-rektoru təbrik edərək, ona tövsiyələrini verib.  UNEC-də fəaliyyət göstərən tələbə təşkilatları ilə daha sıx şəkildə fəaliyyət göstərməyin, birgə layihələrin həyata keçirilməsinin önəmini qeyd edib, tələbə-rektoru tələbələrlə bağlı bütün məsələlərdə fəal olmağa, onların problemləri ilə yaxından maraqlanmağa çağırıb.

 Görüşdə “Tələbə senatı” və “Tələbə auditi”nın yaradılmasının vacibliyi vurğulanıb, həmin təşkilatların tələbə özünüidarəetməsində mühüm rol oynadığı diqqətə çatdırılıb.

 Rektor görüşdə iştirak edən, fəaliyyət müddəti bitmiş tələbə rektor Elmir Sadıqovun fəaliyyətini yüksək qiymətləndirərək, onunla çalışmaqdan məmnunluğunu ifadə edib.

İlin gənc müəllimi-Müraciət formu