XƏBƏRLƏR

19.11.2019 14:30
Cəmi 1 bağçası olan rayonunumuz-Statistik göstəricilər

Naxçıvan Muxtar Respublikasına aid olan rayonlar arasında ən çox məktəbəqədər təhsil müəssisəsi Naxçıvan rayonunda fəaliyyət göstərir. Burada cəmi 12 belə müəssisə mövcuddur.

AzEdu.az məlumat verir ki, bu barədə Dövlət  Statistika Komitəsinin yeni çapdan çıxan “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində qeyd olunub.

Məcmuəyə əsasən, Naxçıvan Muxtar Respublikasının əksər rayonlarında cəmi 1 məktəbəqədər müəssisə fəaliyyət göstərir. Şərur, Babək, Ordubad, Kəngərli Şahbuz rayonları da bu siyahıya aiddir. Şərurda 250, Babəkdə 155, Ordubadda 242, Kəngərlidə 181, Şahbuz rayonunda isə 218 azyaşlı belə müəssisələrdə təhsil alır.

Burada ən çox məktəbəqədər təhsil müəssisəsi Naxçıvan rayonunda qeydə alınıb. Naxçıvanda 12 bağça mövcuddur. Onlarda 2210 azyaşlı təhsil alır.

Say çoxluğuna görə, ikinci yerdə 2 məktəbəqədər müəssisə ilə Culfa gəlir. Burada 298 uşaq təhsil alır.

Bölgənin məktəbəqədər təhsil müəssisələrində ən çox sıxlıq isə Şərur, Ordubad, Culfada müşahidə edilib. Babək rayonunun məktəbəqədər müəssisələrində 100 yerə düşən uşaq sayı 64-dürsə, Şərur, Ordubad, Culfa kimi rayonlarda bu say elə 100-dür. Bu göstərici Naxçıvanda 97, Kəngərlidə 81, Şahbuzda 90-dır

Qeyd edək ki, AzEdu.az Azərbaycanın ayrı – ayrı bölgələrindəki məktəbəqədər təhsil müəssisələri, onların sayı və vəziyyəti ilə bağlı yazıları mütəmadi davam etdirəcək.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu