Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-19 09:57:00
Bizdə hansı elmlərin tədrisi beynəlxalq təcrübəyə cavab vermir? -İrad

“Psixologiya, sosiologiya elmlərinin də tədrisi beynəlxalq təcrübəyə cavab vermir”.

AzEdu.az xəbər verir ki, bu sözləri təhsil eksperti Etibar Əliyev şəxsi facebook səhifəsində yazıb.

O, fəlsəfə fənninin tədrisi haqqında fikirlərini bölüşərək onun ölkəmizdəki tətbiq istiqamətlərində söz açıb.

“Ali məktəblərdə fəlsəfənin tədrisinin məhdudlaşdırlmasının fəsadları haqqında yazmışdım. Psixologiya, sosiologiya elmlərinin də tədrisi beynəlxalq təcrübəyə cavab vermir.
Fəlsəfə Fransanın bütün universitetlərində icbari fənn statusundadır. Bu ölkədə fəlsəfə professorlarının sayı 8000 nəfəri ötür. Rusiyada isə onları sayı 3000-dir. Bu səbəbdən, Fransada tədrisdə ritorik ənənə çox güclüdür. Ritorik ənənə o deməkdir ki, istənilən söz bilik və təhsil kontekstində özünə yer tuta bilir. İstənilən rəsmi çıxış da belə qurulur.
Azərbaycanda fəlsəfə professorlarının sayı 100 nəfərə çatmaz. Bu da məsələnin kəmiyyət tərəfidir”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları