2019-11-18 17:23:00
"Məktəblilər radikal dini cərəyanlardan qorunmalıdır" - Gündüz İsmayılov
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Quba Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar-treninq keçirilib.
AzEdu.az xəbər verir ki, qurumdan Azvision.az -a verilən məlumata görə, təşkilatçı qurumların rəhbər şəxsləri, məktəb direktorları, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və rayonun aktiv gənclərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov rayondakı mövcud dini durum barədə məlumat verib. O bildirib ki, rayon ərazisində müxtəlif konfessiyaların nümayəndələri dinc və mehriban şəraitdə birgə yaşayırlar.
DQİDK sədrinin müavini Gündüz İsmayılov müasir dünya gerçəkliyində din ilə dünyəvi təhsilin qarşı-qarşıya qoyulması meyllərinin mövcud olduğunu deyib. O qeyd edib ki, yalnız radikal dini cərəyan nümayəndələri bu istiqamətdə çıxışlar edə bilər, hansı ki, onların da bir çoxu dini zəmində qarşıdurmaların təşəbbüskarlıq göstərən və ya rol oynayan iştirakçılarıdır. Həqiqi səmavi dinlərin heç biri dünyəvi təhsilə qarşı çıxmır, əksinə, öz müqəddəs kitablarında insanları oxumağa, elm öyrənməyə səsləyir.
G. İsmayılov bildirib ki, gənclərdən əsas gözlənti yüksək səviyyədə dünyəvi təhsilə yiyələnmələridir. Bununla bərabər, məktəblilərin radikal dini cərəyanların təsirlərindən qorunmaları, ilkin dini bilgiləri etibarlı mənbələrdən öyrənmələri məqsədi ilə “Həyat bilgisi” fənni tərkibində sistemli şəkildə dini informasiya verilməsi olduqca faydalıdır.
Ölkəmizdəki etnik və dini rəngarəngliyə də toxunan sədr müavini, Azərbaycana xas multikultural modelin regionda və dünyada özünəməxsus nümunə olduğunu bildirib. O qeyd edib ki, əhalisinin çox hissəsini müsəlmanların təşkil etdiyi ölkəmizdə digər dinlərin nümayəndələrinin də öz dini tələbatlarını ödəmələri, azad şəkildə ibadət etmələri, ayin və mərasimlərini icra etmələri üçün sərbəst mühit yaradılıb. Hazırda Azərbaycanda 2250 məscid, 14 kilsə və 7 sinaqoq vətəndaşların ixtiyarındadır.
Çıxış edən Quba rayon Təhsil şöbəsinin müdiri Rüfət Hacıyev dini maarifləndirmənin gənc nəslin milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyəsində və yetişdirilməsində böyük önəm daşımasından bəhs edib. Seminar-treninqin sonunda DQİDK-nın sədr müavini Gündüz İsmayılov tədbir iştirakçılarının mövzu ilə bağlı suallarını cavablandırıb.

Bu bölməyə aid digər xəbərlər
Ağdamda məktəb tikintisi sülhün bərpasına töhfədir
2024-04-24 15:22:54
İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib
2024-04-24 14:59:55
Bakıya işləməyə gələn 18 yaşlı oğlan itib
2024-04-22 11:48:00
13 yaşlı uşaq ehtiyatsızlıqdan Ceyranbatan su kanalına düşüb - YENİLƏNİB
2024-04-20 18:12:38
FHN Ağdamda orta məktəbdə mülki müdafiə məşqi keçirib
2024-04-20 12:54:37
Məktəblər arasında indiyədək görünməyən uğur - 6 MEDAL
2024-04-20 09:46:51
Növbəti il yeni hazırlanmış 7 dərslik kütləvi istifadəyə veriləcək
2024-04-17 17:20:34
Gəncədə şagird xəsarət alıb
2024-04-16 13:41:25
Ömürlük məhkum edilmiş məktəb direktoru barədə qərar verildi
2024-04-15 17:13:21
4-cü sinif şagirdi vəfat etdi - Foto
2024-04-15 14:26:30
kitabı
ÇOX OXUNANLAR
18 Aprel 2024, 12:35
Sertifikasiya imtahanının vaxtı AÇIQLANDI
18 Aprel 2024, 10:04
DİM-dən 17 mart buraxılış imtahanının nəticələri ilə bağlı AÇIQLAMA
20 Aprel 2024, 17:42
300 bal toplayan 9-cular - Onlar bu liseyin şagirdləridir
17 Aprel 2024, 10:21
Sertifikasiya:“Müəllimlərin hazırlığa getməsi qəbuledilməzdir”
19 Aprel 2024, 16:54
Qəbul imtahanında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA
22 Aprel 2024, 09:57
7 aprel buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ
19 Aprel 2024, 16:09
Regionlar üzrə ən çox bal toplayanlar... Şəki-Zaqatala bölgəsinin ŞAGİRDLƏRİ
17 Aprel 2024, 12:14
Regionlar üzrə ən çox bal toplayanlar – Mərkəzi Aran bölgəsinin ŞAGİRDLƏRİ
FACEBOOK