Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-11 13:35:00
Azərbaycanlı gənc robot hazırladı – Beynəlxalq robot yarışmasına qatıldı

Türkiyənin təhsil naziri İsmət Yılmaz 3000-dən çox robotun iştirak etdiyi beynəlxalq robot yarışmasının açılışının edib. O, bu yarışmanın gəncləri gələcəyə hazırladığını deyib:

“Hazırda ölkəmizin ən böyük avantajı texnologiya ilə yaşayan, araşdıran, istehsal edən, öyrənən, maraqlanan nəsilə sahib olmasıdır. Bu gənclər başda ollmaqla, bütün gənclərimizin can-başla çalışmasını, yeni texnologiyaya maraq göstərməsini istəyirəm”.


AzEdu.az xarici mediaya istinadən məlumat verir ki, tədbirin əvvəlində uğurlu robotların sərgiləndiyi stendləri gəzən İsmət Yılmaz şagird və müəllimlərdən onlarla bağlı məlumat alıb.

Müsabiqədə İran, Lübnan, Bosniya, Gürcüstan, Cəzair, Tunis, Qazaxıstan, Ukrayna, Meksika, Rusiya, Pakistan, Ruminiyadan olan gənclər iştirak edib. Burada həmçinin Azərbaycanlı gəncin hazırladığı robot da nümayiş olunub.

Hər gün texnologiyanın sürətlə yeniləndiyini deyən nazir robotların çoxsaylı sahələrə nüfuz etdiyini dilə gətirib:

“Gözəl gələcəyin xəyalını quran gənclərimiz var. Ən böyük kəşflər də elə xəyal etməkdən başlayıb. Dünən xəyalını qurduğumuz texnologiyalar indi həyatımızın bir parçasına çevrilib. Həmişə arzularınız üçün əzmlə çalışın. Ölkəyə qazandırılan ən böyük sərvət onun özgüvənini bərpa etməkdir”.
Yarışma üçün 15 ölkədən 446 qurumun qeydiyyatdan keçdiyi, 4 087 şagird və müəllimin 3 007 robotla iştirak etdiyi açıqlanıb.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları